Xəzər Universitetində Filologiya üzrə fəlsəfə doktoru, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri (1992–1993), Xəzər Universiteti Dillər və ədəbiyyatlar kafedrasının müdiri (2009–2010; 2012–2019) olmuş Vurğun Əyyubun yubileyi münasibəti ilə “Ədəbi həyat” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Vurğun Əyyubun ailə üzvləri tərəfindən ədibin şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olaraq, Fondların Uçotu və Təsnifatı şöbəsinin baş mütəxəssisi Nüşabə Əsədovaya təqdim edilmişdir. N.Əsədova çıxış edərək, materialların muzeyin aidiyyatı fondlarında qorunub saxlanacağını və gələcək nəsillər üçün tədqiqat xarakter daşıyacağını vurğulamışdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.