Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Nigar Əhmədlinin "Xan qızının irsi muzey fondlarında" məqaləsi Azərbaycan Milli Elmlər Akademiyasının "Elm və həyat" jurnalında dərc olunub ( N 3(477), 2022, səh.34-37).
Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş məqalədə onun həyat və yaradıcılığı muzeyin zəngin kolleksiyaları əsasında tədqiq olunmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.