Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən Müharibəsi şəhidi Samir Mikayıllının ölümündən iki il ötür.
Samir Sabir oğlu Mikayıllı 1993-cü il yanvarın 1-də Ağcabədi rayonunun Salmanbəyli кəndində anadan olub. 1999-2008-ci illərdə Ə.Məmmədov adına Salmanbəyli кənd tam orta məкtəbində, 2008-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.
2020-ci il Vətən Müharibəsi zamanı Samir Mikayıllı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ailəsinin verdiyi məlumata əsasən, Samir Mikayıllıya Şuşada göstərdiyi igidliyə görə 8 noyabrda kapitan rütbəsi vaxtından əvvəl verilib. Ancaq bir gün sonra, 2020-ci il noyabrın 9-u qəhrəmancasına şəhid olur. Samir Mikayıllı 11 noyabr Ağcabədi rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Samir Mikayıllının şəxsi əşyaları muzeyin Vətən Müharibəsi fondunda qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.