Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dos. Əli Fərhadovun "Milli Azərbaycan Tarixi Muzeyində təsəvvüf tariximizin təbliğinə dair" adlı məqaləsi "Turizm və qonaqpərvərlik tədqiqatları" adlı beynəlxalq elmi jurnalın növbəti nömrəsində yer alıb (№ 2, s.76-80). Məqalədə muzeydə qorunan Bakı qazısı M.K.əl-Bakuvinin təsəvvüfi təfsiri olan "Kəşfül-həqayiq" əsərindən, sufi S.Y.Şirvaninin "Şəfa əl-əsrar" əsərindən, mövzu ilə əlaqəli yazılmış məqalələrdən, keçirilmiş tədbirlərdən bəhs edilib.
Məqalə Azərbaycanın təsəvvüf tarixini və muzeydə onun tədqiq və təbliğini araşdırmaq baxımından əhəmiyyətlidir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.