XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
30 Noyabr, 2022
Milli Azərbaycan Tarixi Muzeyi ilə Beynəlxalq Türk Akademiyası arasında elmi əməkdaşlıq imkanları müzakirə edilib

Milli Azərbaycan Tarixi Muzeyində muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev ilə görüşüb.

Görüşdə Milli Azərbaycan Tarix Muzeyi ilə Beynəlxalq Türk Akademiyası arasında gələcək elmi əməkdaşlıq imkanları, türk dövlətlərinin tarixi və mədəniyyətinin tədqiqi sahəsində birgə layihələr və elmi fəaliyyətlər ətrafında fikir mübadiləsi aparılıb.