XƏBƏRLƏR

05 Dekabr, 2022
Muzey əməkdaşı beynəlxalq konfransda çıxış edib
2022-ci il dekabrın 2-də Rusiya Federasiyasının Həştərxan şəhərində Rusiyada “Naməlum Əsgər Günü”nə həsr olunmuş "Gənclərin vətənpərvərlik tərbiyəsi və Vətənin müdafiəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi" adlı beynəlxalq konfrans keçirilib.
Onlayn formatda keçirilən konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Beybnəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin elmi işçisi, t.ü.f.d. Fuad Ağayev “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Brest qalası müdafiəçilərinin materialları” adlı məruzə ilə çıxış edib. Məruzədə azərbaycanlıların Brest qalasının müdafiəsində iştirakı ilə bağlı məsələlərə toxunulub. Mövzu ilə bağlı verilmiş suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb.
Muzeyin əməkdaşı beynəlxalq konfransda iştirak edib
Moskvada “Rusiya tarixində Şərq zinətləri. Orta əsrlər dövrü və onun arxeoloji göstəriciləri” adlı konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tar...
Muzeyin əməkdaşı Özbəkistanda keçirilən konfransda çıxış edib
Özbəkistan Respublikası Elmlər Akademiyası Özbəkistan Tarixi Dövlət Muzeyinin təşkilatçılığı ilə “Muzeylər ənənələrin, novasiyaların və renovasiyaları...
Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini, müdafiə naziri muzeyi ziyarət edib
Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini, müdafiə naziri Zukan Helez və nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyində olublar. ...
Albaniya prezidentinin oğlu muzeyi ziyarət edib
XII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycana səfər edən Albaniya Respublikasının Prezidenti Bayram Beqayın oğlu Dorian Beqay Milli Azərbaycan Tarix...
Türkiyənin Kapadokya Universitetinin əməkdaşı tərəfindən muzeydə seminar keçirilib
Türkiyənin Kapadokya Universitetinin əməkdaşı Hümeyra Tüfekçi Parlak tərəfindən muzeydə seminar keçirilib. Seminarda muzeyin əməkdaşları və “Böyük Qa...
Muzeydə GameTable - masaüstü oyunlar irsinin hesablama texnikaları inisiativinin ikinci işçi qrupunun beynəlxalq seminar-görüşü keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Elm və Texnologiyada Avropa Əməkdaşlığı (COST) tərəfindən maliyyələşdirilən GameTable - Masaüstü Oyunlar İrsinin Hes...
Muzeyin əməkdaşının tezisi dərc olunub
İçveçrədə keçirilən Texnologiyaların və Cəmiyyətin İnkişafı Kontekstində Elmi Paradigma adlı 8-ci Beynəlxalq Elmi-Praktik Konfransın materiallarında ...
Muzeyin əməkdaşı “Qafqaz Albaniyası xristianlığın forpostu” adlı filmdə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Emin Məmmədov “Rossiya-Kultura” telekanalının “Əcdadlarımızın ...