Milli Azərbaycan Tarixi Muzeyinin Ekspozisiyanın təhlükəsizliyi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Vahabova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Ümümmilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə iştirak edib.
Sevinc Vahabova dahi şəxsiyətin həyat və fəaliyyəti, respublikaya başçılıq etdiyi illər ərzində həyata kecirilmiş köklü dəyişikliklər, ordu quruculuğundakı islahatlar haqqında foto-slaydın müşayiəti ilə məruzə edib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.