Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2022-ci il tarixli Sərəncamına əsasən Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibinə üzv təyin olunub.
Muzey kollektivi adından Nailə xanımı təbrik edir, yeni uğurlar arzulayırıq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.