Bu gün, 15 dekabr 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasında “Akademiyanın Şuşanaməsi: Ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans çərçivəsində “Şuşa ili”nə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Milli Azərbaycan Tarixi Muzeyində hazırda nümayiş olunan "Azad Şuşanın ilk qarı" adlı sərgidən olan bir neçə fotoşəkil və muzeyin Sənədli mənbələr fondunda qorunan, Dmitri Yermakovun müəllifi olduğu Şuşanın XIX əsrə aid ümumi görünüşünün fotosunun surəti böyük formatda təqdim olunub.
Muzeyin Şuşanı əks etdirən dəyərli materialları konfransda maraqla qarşılanıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.