16 dekabr 2022-ci il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində “Xurşidbanu Natəvan – 190. Məclisi-Natəvan” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova “Milli Azərbaycan Tarixi Muzeyini zəngiləşdirən Xurşidbanu Natəvan kolleksiyası” adlı məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Xurşidbanu Natəvanın Milli Azərbaycan Tarixi Muzeyində qorunan əl işləri onun incə zövqə və yüksək sənətkarlıq qabiliyyətinə malik olmasının göstəriciləri kimi mühüm əhəmiyyət kəsb edir.
Foto-slaydla müşayiət olunan məruzə qonaqlar tərəfindən maraqla qarşılanıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.