Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2 may 2023-cü il tarixində “Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzusunda respublika elmi konfransını keçirəcək.
Konfransın əsas bölmələri:
-1969-1982-ci illərdə Azərbaycanda muzey işinin inkişafında yeni mərhələnin başlanğıcı;
- Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda muzey işi sahəsində yeni addımlar;
- Heydər Əliyev və Azərbaycanın tarixi-mədəni irsinin qorunması, öyrənilməsi, təbliği;
- XXI əsr Azərbaycanda muzey işinin inkişafında yeni mərhələdir.
Konfransda iştirak etmək üçün məruzələr 30 mart 2023-cü il tarixinədək sevinc.akifkizi@gmail.com ünvanına göndərilməlidir.
Məruzələrin qəbul edilməsi haqqında məlumat 20 aprel 2023-cü il tarixinədək elan olunacaq.
Məruzələrin tərtibatına dair tələblər:
− Məruzənin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi, elmi adı (əgər varsa), iş yeri və
vəzifəsi, əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
− Müəllifin adı və soyadı, məruzənin adı kursivlə (İtalic) göstərilməlidir.
− Mətnin həcmi –7- 10 səhifə.
− Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.
− İstinadlar – hər səhifənin sonunda. Şrift – Times New Roman, 12, sətirlərarası interval – 1.
Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən) və ya məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
Təşkilat komitəsinin koordinatları:
Azərbaycan Respublikası, Bakı, 1005, H.Z.Tağıyev küçəsi, 4, Milli Azərbaycan Tarixi Muzeyi.
Telefon: +99412 5981740; 0773875716
Faks: +99412 5985211
E-poçt: sevinc.akifkizi@gmail.com
Əlaqələndirici şəxs: muzeyin elmi katibi t.ü.f.d. Sevinc Nəsirova
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.