19 dekabr 2022-ci il tarixində STEM beyin mərkəzinin və AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqaz regionunda təhlükəsizlik və yeni çağırışlar” adlı Gənc Alimlərin Respublika Forumu keçirilib. Forumda iştirak edən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov “Azərbaycanın Vətən Müharibəsində qələbəsindən sonra Qafqazda hərbi, siyasi və iqtisadi vəziyyət” adlı məruzə ilə çıxış edib.
Şəfa Mövsümov məruzəsində muzeyin Vətən Müharibəsi fondunun yaranması, fəaliyyəti və fondun kolleksiyaları barədə ətraflı məlumat verib.
İştirakçılar sertifikatla təltif olunublar.
Foruma təqdim olunan məruzələr dərc ediləcək.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.