XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
21 Dekabr, 2022
Muzeyin əməkdaşı beynəlxalq forumda iştirak edib

20-22 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və “İdrak” İctimai Birliyinin təşkilatçılığı ilə “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum keçirilib. Forumda Türkiyə, Gürcüstan, Qazaxstan, Misir, Özbəkistan, Pakistan, Rusiya və d. ölkə alimləri ilə yanaşı, Azərbaycan alimlərinin də məruzələri dinlənilib.

Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “İslamşünaslığın tədrisində Kələxana türbələr kompleksində aşkarlanan yeni numizmatik tapıntıların rolu” mövzusunda məruzə edib. Məruzədə ilk dəfə olaraq, Şamaxının Kələxana kəndi yaxınlığında türbələr kompleksində aşkarlanan sikkələr barədə məlumat verilib, onların yerli pul təsərrüfatında və xarici ticarət əlaqələrindəki rolu vurğulanıb.

Forum iştirakçılarına sertifikatlar təqdim olunub.

Məruzələrin nəşri nəzərdə tutulub.