Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə həyata keçirilən 2022-ci ilin sentyabr ayında start verilmiş Muzey könüllüləri layihəsinə yekun vurulub. Muzeydə həyata keçirilən layihədə Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti və Azərbaycan Kooperasiya Universitetinin təhsildə göstəriciləri ilə fərqlənən tələbələri iştirak ediblər. Layihə çərçivəsində tələbələrə muzey işinin təşkili, muzey fondlarının fəaliyyəti ilə bağlı bir sıra elmi-tədqiqat təcrübələri və arxeoloji materiallarla işləmək bacarıqları öyrədilib.
Həmçinin, layihə iştirakçıları artefaktların muzeydə qeydiyyatı, passportların yazılması, fotofiksasiya qaydalarını mənimsəyiblər.
Layihənin uğurla başa çatması ilə bağlı keçirilən tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək, könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov Muzey könüllüləri layihəsinin əhəmiyyətindən danışıb və bu kimi layihələrin muzeydə davamlı olacağını vurğulayıb.
Sonra muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə çıxışında qeyd edib ki, sözügedən layihənin məqsədi muzeyin fəaliyyəti ilə bağlı tələbələrə öyrənməyin qeyri-ənənəvi metodlarını təqdim etməkdir.
Sonda layihə iştirakçıları yaradılan şəraitə görə muzey rəhbərliyinə təşəkkürünü bildiriblər və tələbələrə sertifikatlar təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.