XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
26 Dekabr, 2022
Muzeyin əməkdaşı beynəlxalq konqresdə məruzə ilə çıxış edib

ABŞ-ın Nyu-York şəhərində “Humanitar və sosial elmlər üzrə VI Beynəlxalq Nyu-York Akademik Araşdırmalar Konqresi” (“VI İnternational New York Academic Research Congress on humanities and social sciences”) keçirilib. ABŞ, Portuqaliya, Çin, Azərbaycan, Türkiyə, Özbəkistan, Pakistan, İraq, Polşa və s. ölkələrdən tanınmış alimlərin qatıldığı konqresdə Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin əməkdaşı Mircavid Ağalarov “Orta əsr Beyləqan şəhərinin zərfayansları üzərində atlı təsviri” ("The rider imagine on the lustrewares of medieval Beylagan city") adlı məruzə ilə onlayn formatda çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.

Konfransa təqdim olunan tezislər nəşr edilib.