2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin təşkilatçılığı ilə "Gəncə tarixinin aktual problemləri" mövzusunda elmi konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dosent Əli Fərhadov "Orta əsrlərdə Gəncədə elmi-mədəni inkişaf və təsirləri: Nizami Gəncəvi nümunəsi" adlı məruzə ilə onlayn formatda çıxış edib. Məruzədə Nizami yaradıcılığında elm, sufizm, türklük mövzuları, həmçinin, şairin İran və İraq haqqında düşüncələri, Nizami yaradıcılığının Şərq ədəbiyyatına təsiri, "Azərbaycan" qəzetində (1947-1949) Nizamiyə həsr edilmiş məqalələr, M.Füzuli, M.Ə.Rəsulzadə, əl-Bakuvi, M.M.Axundov, Y.Bertels və A.Krımskinin Nizami yaradıcılığına baxışı təqdim olunub.
Konfrans materialları nəşr ediləcək.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.