Milli Azərbaycan Tarixi Muzeyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə "Ümid yeri" uşaq sığınacağında xeyriyyə tədbiri keçirib.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları öz elmi-kütləvi fəalliyyəti ilə yanaşı, məşhur xeyriyyəçi H.Z.Tağıyev irsinin davamçısı və təmsilçisi kimi xeyriyyə işlərinə də diqqət ayırır. Muzey əməkdaşlarının ianəsi ilə toplanan vəsaitlə sözügedən sığınacaqda kimsəsiz uşaqlara qida, isti geyim və müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.
Tədbirdə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi tədbirin əhəmiyyəti haqqında çıxış edərək, həm muzeydə, həm də muzeydənkənar fəaliyyətlərində muzeyin uşaqlara diqqət və qayğı göstərməsini xüsusi vurğulayıb.
Daha sonra çıxış edən "Ümid yeri" xeyriyyə cəmiyyətinin sədri Nigar Mənsimli rəhbərlik etdiyi müəssisənin müəllim və uşaq kollektivi adından muzeyin baş direktoru, akademik Nailə Vəlixanlıya və muzey əməkdaşlarına öz minnətdarlığını bildirib.
Tədbirin sonunda Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə əyləncəli proqram təşkil olunub və uşaqlara hədiyyələr təqdim edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.