"Бакинский рабочий" qəzeti 27 dekabr 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə keçirilmiş, İkinci Dünya müharibəsi zamanı İtaliya Müqavimət hərəkatının fəal iştirakçısı, Pistoya şəhərinin fəxri vətəndaşı, azərbaycanlı partizan Məmməd Bağırovun 100 illik yubileyinə həsr olunmuş sərgi haqqında yazıb. Muzeyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov sözügedən sərginin ərsəyə gəlməsi ilə bağlı geniş müsahibə verib.
Ətraflı keçiddə
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.