Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli şair, ictimai xadim Xurşidbanu Natəvanın (1832-1897) 190 illik yubileyinə həsr edilmiş “Tək inci” adlı sərginin açılış mərasimi keçirilib.Tədbirdə Xurşidbanu Natəvanın incəsənətin bir çox sahələrində əvəzsiz əsərlər yaradan, ictimai fəaliyyəti ilə cəmiyyətin böyük rəğbətini qazanan nadir şəxsiyyətlərdən biri olduğu bildirilib. Sərgidə görkəmli şairin klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr verməsindən söz açılıb.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı və muzeyin baş mühafizi Məhfuzə Zeynalova iştirak ediblər. Sərgidə Milli Azərbaycan Tarixi Muzeyində qorunan Xurşidbanu Natəvanın şəxsi kolleksiyasından olan 14 nümunə (başmaq, köynək, quranqabı, süfrə, taxça pərdəsi, qırxaçar cam, yaxalıq, tuman, xalça (yanlıq), heybə, saat qabı, məfrəş, qazantutan, corab) təqdim olunur.
Həmçinin, tədbirdə Maral Rəhmanzadə, Oqtay Sadıqzadə, Ömər Eldarov, Altay Hacıyev və başqa sənətkarlarımızın yüksək yaradıcılıq məhsulu kimi ərsəyə gələn Natəvan obrazlarının sərginin diqqətəlayiq eksponatlarından olduğu vurğulanıb.
Sonda qonaqlar sərgi ilə tanış olublar. Qeyd edək ki, “Tək inci” sərgisi 2023-cü il yanvarın sonunadək davam edəcək.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.