Muzeydə “Elmi macəralar saatı” layihəsi çərçivəsində “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı növbəti interaktiv dərs keçirilib. 7-16 yaş qrupu üçün nəzərdə tutulmuş interaktiv dərsdə 2 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin şagirdləri iştirak edib.
Maarifləndirici interaktiv dərs məşhur xeyriyyəçi H.Z.Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş mühazirədən, H.Z.Tağıyevin ev-muzeyinə təşkil olunmuş ekskursiyadan, kvest şəklində qurulmuş intellektual oyundan ibarət olub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.