Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunan zəngin kolleksiyanın ictimaiyyətə təqdim olunması məqsədilə yeni ekspozisiyanın qurulması prosesi həyata keçirilir.
Qeyd edək ki, eksponatlar əsasən bölmələr üzrə qruplaşdırılır. Əşyaların tarixi-mədəni əhəmiyyəti nəzərə alınaraq, yeni qurulacaq ekspozisiya üçün müəyyən mövzular üzrə panel mətnləri hazırlanır, yeni eksponatlar seçilir və paralel olaraq, texniki hazırlıq işləri aparılır. Ekspozisiyanın daş və tunc dövrlərini əhatə edən tapıntıların nümayiş olunduğu zallar üçün eksponatlar müvafiq vitrinlərə yerləşdirilir. Antik və orta əsrlər dövrləri təqdim ediləcək digər zallarda isə materialların seçilməsi və yeni tapıntıların cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
Ekspozisiyanın qurulması prosesi zamanı mütəmadi olaraq muzeyin rəhbərliyi və bir sıra əməkdaşları tərəfindən işıq və rəng amili, müasir texniki avadanlıqlardan istifadə qaydaları və xüsusi olaraq eksponatların estetik təqdimatının vacib məqamları müzakirə edilir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.