Milli Azərbaycan Tarixi Muzeyində gənclərin üzv olduğu müxtəlif klublar fəaliyyət göstərir. “ARXEO klub”, "H.Z.Tağıyev klubu”, “Gənc muzeyşünaslar və muzeysevərlər klubu” adları ilə fəaliyyət göstərən maarifləndirici klubların yaradılmasında ilkin məqsəd müvafiq mövzuları əhatə edən əsaslı bilikləri paylaşmaq və gənc nəslin milli-mənəvi dəyərlərə sahib çıxmağına təşviq etməkdir.
Təqdim etdiyimiz fotoşəkillər sözügedən klubların üzvlərinin özfəaliyyətini, həmçinin, muzeyin tədbirlərində, sərgilərində iştirak edən gəncləri əks etdirir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.