Muzeyin Silahlar və bayraqlar fondunda qorunan Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapının bərpası barədə "ATV Səhər" proqramı xüsusi reportaj hazırlayıb. Reportajda muzeyin bərpaçı-rəssamı Qənirə Məmmədova eksponatın bərpası ilə bağlı məlumat verib.
Ətraflı keçiddə
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.