Azərbaycanın mədəniyyəti, tarixi, görkəmli şəxsiyyətləri barədə maraqlı materiallar dərc edən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktoru olduğu “Baku” jurnalında Milli Azərbaycan Tarixi Muzeyinin keçirdiyi beynəlxalq sərgilər barədə məqalə dərc olunub. Məqalədə 2022-ci il 12 oktyabr tarixində Xantı-Mansiysk şəhəri Geologiya, neft və qaz muzeyində Milli Azərbaycan Tarixi Muzeyindən təqdim olunmuş fotoşəkillər əsasında keçirilmiş “Hacı Zeynalabdin Tağıyev - sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu” adlı sərgi haqqında məlumat yer alıb.
Hər iki muzeyin beynəlxalq mədəni əməkdaşlığından bəhs edən məqalədə 2022-ci il 21 oktyabr tarixində Xantı-Mansiysk şəhəri Geologiya, Neft və Qaz Muzeyindən təqdim olunmuş fotoşəkillər əsasında Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş “Azərbaycan Prometeyi - Fərman Salmanov. Sibir neftinin kəşfi” adlı sərgi haqqında da məlumat verilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.