Muzeydə “Elmi macəralar saatı” layihəsi çərçivəsində “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı növbəti interaktiv dərs keçirilib (ingilis dilində).
İki hissədən ibarət olan interaktiv dərsdə Azərbaycan Britaniya kollecinin (Azerbaijan British College - ABC) şagirdləri iştirak ediblər. Dərsin birinci hissəsində H.Z.Tağıyevin ev muzeyinə təşkil olunan ekskursiyada şagirdlərə məşhur xeyriyyəçinin həyat və fəaliyyəti və yaşadığı bina haqqında ətraflı məlumat verilib.
Dərsin ikinci hissəsində isə şagirdlər intellektual oyunda iştirak ediblər (bu üsul oyun-tapmaca formasında keçirilir).
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.