Bakıdakı Rus Evinin təşkilatçılığı ilə muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümovun həmmüəllifi olduğu «Вклад Азербайджана в победу над фашизмом. 1941-1945» (“Planeta” nəşriyyatı, - 312 səh. 2022) adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabın tərtibçisi və ideya müəllifi Kursk vilayətinin Azərbaycan diasporasının rəhbəri, Kursk Cənub-Qərb Universitetinin dosenti Qasım Kərimovdur.
Kitabda Azərbaycanın Faşizm üzərində qələbədə rolu, Bakı neftinin əhəmiyyəti, Azərbaycanın milli atıcı diviziyaları, Azərbaycanın Sovet İttifaqı Qəhrəmanları və müharibə dövründə elm və incəsənət xadimlərinin fəaliyyəti haqqında geniş məlumat və fotoşəkillər yer almışdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.