Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərovanın və “İstedadlı Əlillər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş sağlamlıq imkanları məhdud yaradıcı şəxslərin əl işlərindən ibarət “Qarabağ duyğularımın rəngi ilə” adlı sərgi-tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və KİV nümayəndələri iştirak ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.