Muzeyin Sənədli mənbələr fondunda qorunan 1907-ci ilə aid Abşeron yarımadasının (Balaxanı, Sabunçu, Ramana, Bibiheybət) neftli torpaqlarının planı (rayonlar üzrə işçilərin sayı göstərilməklə) bərpa olunub.
Dövrünə görə yüksək keyfiyyətli kağız üzərində rəngli formatda çap olunmuş planın kağızının qat kəsən hissələri boyu sınmalar, kənarlarında çoxsaylı əziklər və qopuqlar əmələ gəlmişdir. Ayrılmış hissələr dubl edilərək, bütöv hala gətirilmişdir. Daha sonra planın haşiyəsi və əsas təsvirdə olan fraqmentləri bərpa edilmiş, eksponata ikinci həyat verilmişdir.
Eksponat muzeyin bərpaçı-rəssamı Firuzə Ağayeva tərəfindən bərpa olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.