Bu gün məşhur azərbaycanlı fotoqraf Reza Deghati muzey rəhbərliyi ilə görüşüb. Tanınmış fotoqrafla gələcək əməkdaşlıq mövzuları ətrafında söhbət aparılıb. Sonda H.Z.Tağıyevin ev muzeyini və "Xarıbülbülün vətəni-Şuşa" sərgisini ziyarət edən Reza Deghati xoş təəssüratlarını bölüşüb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.