Milli Azərbaycan Tarixi Muzeyində Novruz bayramına həsr olunmuş “İpək yaylığın nağılı” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən muzeyin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirova Azərbaycan kəlağayısı haqqında ətraflı məlumat verib.
Tədbir bədii hissə ilə davam edib. Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri, Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin “Səbinə” rəqs qrupunun üzvləri çıxış edib.
Sonda uşaqların iştirakı ilə “İpək yaylığın nağılı” adlı dəfilə və oyunlar keçirilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.