Bu gün, 28 mart Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günüdür.
1919-cu ildə Azərbaycan Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində Kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilib. Müstəqilliyimizin bərpa olunmasından sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Ümummilli lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi elan olunub.
Bugünkü əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunan, DTX-nin tarixi, erməni seperatizminə qarşı mübarizəsinə həsr olunan xüsusi nəşrləri (6 ədəd kitab-albom), 44 günlük Vətən müharibəsi zamanı “Qartal” XTD-nin istifadə etdiyi hərbi geyim nümunələrini (kitel, hərbi səhra şalvarı, uzunqol köynək, panama, hərbi yay papağı, əlcəklər, hərbi çəkmə, dəbilqə, eynək), Vətən müharibəsində hərbi əməliyyatlar zamanı çəkilmiş 17 ədəd fotoşəkli, Şuşa şəhərində DTX-nin yerli şöbəsinin açılmasına aid 7 ədəd fotoşəkli təqdim edirik. Həmçinin, muzeyin kolleksiyasına Vətən müharibəsi zamanı DTX tərəfindən götürülmüş hərbi qənimətlər də daxildir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.