Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar CBC FM radiosunun canlı efirində “Səhər saatı” rubrikasında çıxış edib. Ş.Mövsümov erməni daşnak birləşmələri ilə bolşeviklərin Bakıda və bir sıra bölgələrdə xalqımıza qarşı törətdikləri cinayətlərdən danışmış, 31 mart soyqırımına ilk dəfə 1998-ci ilin martında Ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini xüsusi olaraq qeyd etmişdir.
Gənc tədqiqatçı, həmçinin, ermənilərin Qərbi Azərbaycanda həyata keçirdikləri terror və deportasiyalar haqqında verilən suallara da cavab vermişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.