Quba Tarix-Diyarşünaslıq Muzeyində Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının birgə təşəbbüsü ilə “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş “Tarixi abidələrin qorunması, tədqiqi və təbliği” mövzusunda elmi seminar keçirilib.
Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Laçın Mustafayev “Tarixi - arxeoloji irsin öyrənilməsi və mühafizəsi” adlı məruzə ilə çıxış edib. L.Mustafayev məruzəsində arxeoloji irsin qorunub saxlanılmasından və arxeoloji tədqiqatların elmi əhəmiyyətindən danışaraq, arxeoloji artefaktların mədəni irsin çox mühüm hissəsini təşkil etdiyini qeyd edib.