Muzeydə "Heydər Əliyev - Azərbaycan muzeylərinin himayədarı" adlı silsilə interaktiv dərslərə start verilib. İnteraktiv dərsdə Xəzər rayonu 262 saylı tam orta məktəbin şagirdləri iştirak edib. Dərsin birinci hissəsində Heydər Əliyevin Azərbaycan muzeylərinin inkişafındakı rolu haqqında (muzeyin fond materialları əsasında) hazırlanmış fotoslaydın nümayişi ilə şagirdlərə ətraflı məlumat verilib.
Sonra uşaqlar gips fiquru üzərində simvolik suvenir rənglənməsi qaydasını öyrəniblər və müxtəlif intellektual oyunlar oynayıblar.
Sonda H.Z.Tağıyevin ev muzeyinə ekskursiya təşkil olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.