XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
04 May, 2023
Muzeyin əməkdaşı beynəlxalq elmi konfransda çıxış edib

Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir türk dünyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Pakistan və Gürcüstandan görkəmli alimlərin iştirakı ilə baş tutan konfransda muzeyin elmi katibi t.ü.f.d. Sevinc Nəsirova “Heydər Əliyev: Azərbaycan elm və təhsilinin himayədarı” adlı məruzə ilə çıxış edib. Sevinc Nəsirova məruzəsində Azərbaycanın türk dünyası ilə əlaqələrinin qurulmasında və azərbaycançılıq ideologiyasının inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Həmçinin, tədqiqatçı alim Ulu öndər Heydər Əliyevin Ziya Bünyadov, İqrar Əliyev kimi tanınmış elm xadimlərini təltif etdiyini təsvir edən fotoslaydın müşayiəti ilə Heydər Əliyevin elm və təhsil xadimlərinə xüsusi diqqəti haqqında ətraflı məlumat verib.