Bakı Slavyan Universitetində (BSU) "Heydər Əliyev İli" çərçivəsində “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dos. Əli Fərhadov “Heydər Əliyev və Cənubi Azərbaycan mədəniyyəti” adlı məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.
Konfrans materialları nəşr olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.