11 may 2023-cü il tarixində Təbriz İslam İncəsənət Universitetinin təşkilatçılığı ilə Fransanın Lion şəhərində “İslam torpaqlarında sqraffito və şamplev: (IX-XIV əsrlər) Azərbaycan, İran və ətraf ərazilər” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin əməkdaşları- t.ü.f.d., dosent Həbibə Əliyeva “Sqraffito və yazı: Azərbaycanda keramika üzərində kitabələr” (onlayn, ingilis dilində), kiçik elmi işçi Aslan Qasımlı “Orta əsr Bərdə şəhərinin keramikasında sqraffito texnikası” (canlı, ingilis dilində), boyük laborant Mircavid Ağalarov “Səlcuq dövrü Azərbaycan fayansları: sqraffito və onun tətbiqi” (canlı, ingilis dilində) adlı məruzələrlə çıxış ediblər. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.