Son tunc-erkən dəmir dövrünün metalişləmə sənətinin Milli Azərbaycan Tarixi Muzeyinin yeni qurulan ekspozisiyasında nümayişi məqsədilə tunc bəzək əşyalarının podiuma yığılması prosesinin qısa videoçarxını sizə təqdim edirik.
Təqdim olunan eksponatlar Azərbaycanın Çovdar, Qızılburun, Mingəçevir, Xaçbulaq, Dolanlar və digər abidələrindən arxeoloji qazıntılar zamanı tapılmışdır.
Mütəxəssislərin tədqiqinə əsasən həmin tapıntılar yerli istehsalın məhsuludur və məişətdə geniş istifadə olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.