"Muzey eksponatları şagirdlərin rəngli dünyasında" adlı layihə çərçivəsində 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş onlayn sərgi keçirilib. Sərgidə xaricdə yaşayan azərbaycanlı və əcnəbi uşaqların muzey eksponatları əsasında çəkdikləri rəsm əsərləri təqdim olunub.
Sözügedən layihənin rəhbəri muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.