Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, m.ü.f.d., dosent Nardanə Yusifova 18 may Beynəlxalq Muzeylər günü və Saatlı Diyarşünaslıq muzeyinin 40-illik yubileyi münasibəti ilə Saatlı rayonunda keçirilmiş tədbirdə iştirak edib.
Nardanə Yusifova “Muzeylərarası əlaqədə Milli Azərbaycan Tarixi Muzeyi bir örnək kimi” adlı məruzə ilə çıxış etdib. Sonda N.Yusifova müəllifi olduğu, muzeyin yeni nəşri, “Azərbaycan memarlıq abidələri rəsm əsərlərində” adlı kataloqu Saatlı Diyarşünaslıq muzeyinə hədiyyə edib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.