Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan Cümhuriyyətinin 105 və Salman Mümtazın doğum gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları t.ü.f.d. Laçın Mustafayev “Azərbaycan Cümhuriyyəti və milli təhsil (MATM materialları əsasında)”, t.ü.f.d. Emin Məmmədov “Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında Şəkinin tarixi” (“Из истории Шеки по материалам Национального музея истории Азербайджана”) adlı məruzələrlə çıxış ediblər. Məruzələr maraqla qarşılanıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.