Beynəlxalq Qarabağ Forumunun dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Qarabağ dünən, bu gün, sabah" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda muzeyin əməkdaşı, t.ü.f.d., dos. Əli Fərhadov "Qarabağ tarixinə və mədəniyyətinə baxış: "Azərbaycan" qəzetinin (1947-1949) materialları əsasında" adlı məruzə ilə çıxış edib. Məruzə maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
Məruzələrin nəşr edilməsi nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.