Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə “İdarəetmədə multikultural dəyərlər” adlı beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Fatma Qəniyeva “Heydər Əliyevin dövlətçilik siyasəti və azərbaycançılıq ideologiyası” adlı məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.
Konfrans materialları nəşr olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.