Bakı şəhəri Ramana qəsəbəsində yerləşən Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reablitasiyasa Mərkəzində müxtəlif peşə kursu keçən bir qrup Vətən Müharibəsi qazisi və digər müxtəlif kateqoriyadan sağlamlıq imkanları məhdud olan gənclər Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Muzeydə belə görüşlərin davamlı şəkildə təşkil edilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.