AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmış “Molla Nəsrəddin” jurnalının elektron portalında jurnalın nüsxələrinin komplektləşdirilməsi zamanı catışmayan hissələrin toplanması üçün Milli Azərbaycan Tarix Muzeyinin Kitabxanasına müraciət olunub. M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları jurnalın nüsxəsini elektron arxivdə rəqəmsal formata keçirmək məqsədi ilə muzeyin Kitabxanasının “Nadir kitablar” fondunda qorunan, Azərbaycan milli mətbuatının dəyərli nümunələrindən olan “Molla Nəsrəddin” jurnalının 1912-ci ildə nəşr edilmiş 4 və 6-cı nömrələrinin fotolarını çəkiblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.