2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsilə əlaqədar Anadolu Universiteti tərəfindən "Ulu öndər Heydər Əliyevin gənclər siyasəti" mövzusunda məqalə müsabiqəsi keçirilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Gülnar Fərhadova sözügedən müsabiqənin qalibi olaraq, universitetin Türkiyədə (Eskişəhər) təşkil etdiyi tədbirdə çıxış edib. Tədbirin sonunda G.Fərhadova Anadolu Universitetinin rektoru professor Fuat Erdal tərəfindən sertifikatla təltif edilib.
G.Fərhadovanı təbrik edir və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.