Bu gün, 14 iyun Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının təşəbbüsü ilə “Milli Qurtuluş Günü”nə həsr olunmuş “Müstəqilliyimizin xilaskarı” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə mövzu ətrafında məruzələr dinlənilib. YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri, muzeyin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Kərimov, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov, YAP “Azərbaycan tarixçiləri” ərazi təşkilatının üzvləri- muzeyin baş mütəxəssisi Pərvanə Əzimova, muzeyin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova, muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsumov və muzeyin əməkdaşı Gülnar Fərhadovanın məruzələrində dahi liderin həyatı, ictimai-siyasi fəaliyyəti və unudulmaz mövqeyi barədə məlumatlar öz əksini tapmışdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.