13 iyun 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində Milli Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyası əsasında ərsəyə gəlmiş “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı kitabın təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə nəşr olunan kitabda istedadlı şair, rəssam, musiqişünas, filosof, pedaqoq Mir Möhsün Nəvvab Qarabağinin silah kolleksiyası ilə yanaşı, onun tərcümeyi-halı, həyat və yaradıcılığına dair geniş məlumat verilib.
Tədbirdə ilk olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri və səfər zamanı Mir Möhsün Nəvvabın məzarının və ona həsr olunan sərginin ziyarətini əks etdirən videoçarx nümayiş olunub.
Sonra kitabın müəllif t.ü.f.d., dosent Səbuhi Əhmədov çıxış edərək, kitabdakı materiallar barədə məlumat verib.
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Mir Möhsün Nəvvabın kitabda yer alan muzeyin dəyərli eksponatlarından- XVIII–XIX əsrlərə aid Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyası (14 ədəd), onun musiqi sahəsində fəaliyyətinin əks olunduğu 3 ədəd musiqi aləti (qaval, tar, kaman) və kiçik ölçülü portretindən danışıb. Həmçinin, N.Vəlixanlı 1940-ci ildə Mir Möhsün Nəvvab Qarabaği ilə əlaqəli eksponatların onun oğlu tərəfindən muzeyə təqdim olunmasını xüsusi vurğulayıb. Akademik çıxışında qeyd edib ki, bu dəyərli kolleksiya tarixi, incəsənəti və silah işinin texnikasını nümayiş etdirir, silahların məhz Azərbaycanda istehsal olunması bizim tariximiz üçün çox vacib bir faktdır.
Tədbir Mir Möhsün Nəvvab Qarabağinin şeirlərinin səsləndirilməsi ilə davam edib.
Sonda qonaqlara sözügədən kitab hədiyyə olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.