XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
23 İyun, 2023
Muzeyin əməkdaşları Tbilisi şəhərində beynəlxalq konfransda iştirak ediblər

Gürcüstan Respublikasının İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin təşkilatçılığı ilə “Tələbələrin XII beynəlxalq elmi konfransı" keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin əməkdaşları- Günel Süleymanova “Azərbaycan Cümhuriyyətinin milli siyasətinin əsas istiqamətləri” (“Основные направления национальной политики Первой Азербайджанской Республики”), Sara Əhmədova “Azərbaycanın Şahdağ xalqları” (“Shahdagh peoples of Azerbaijan” və Ayşən Hüseynova “Müxtəlif mədəniyyətlərin mərkəzi kimi İçərişəhərin əhəmiyyəti” (“The importance of the Old City in Baku as a core of various cultures” adlı məruzələrlə çıxış ediblər. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və verilən suallar cavablandırılıb. Sonda konfrans iştirakçıları sertifikatla təltif olunublar.

Konfrans materialları çap olunacaq.