Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli sərəncamı ilə Azərbaycan Milli Ordusunun yaradılması tarixi qərarlardan biri oldu. Həmin tarixdə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Həmin ildə Hərb Nazirliyi təsis olundu. Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəz etdi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildi.
1920-ci ilin aprelində Sovet işğalından sonra Azərbaycanın Milli Ordusu ləğv edildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra isə 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti Milli Ordunun yaradılması haqqında qərar qəbul etdi.
Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə ölkədə güclü ordu quruculuğuna başlanıldı. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı.
Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən isə Milli Ordunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan edildi. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Qeyd edək ki, təqdim olunan hərbi geyimlər və silah-sürsat muzeyin Azərbaycan Cümhuriyyəti dövrünü əks etdirən yeni qurulan ekspozisiyasında yer alıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.